Tramp və Netanyahu arasında telefon danışığı olub
01 Noyabr 2026
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü səhər telefonla danışıblar.
Bu barədə “Wall Street Journal” məlumat yayıb.
Xatırladaq ki, Donald Tramp dünən günün sonunda Palm-Biçdə jurnalistlərə açıqlamasında ABŞ-ın İranda daha iki hədəfi məhv etmək istədiyini bildirib.
“Bizim hələ həll etməli olduğumuz, deyərdim ki, bir və ya iki obyekt var, lakin bunu 10 dəqiqə ərzində edə bilərik. Yəqin ki, “Pickaxe Mountain” obyektinə də nəzər sala bilərsiniz və onu da həll etmək lazımdır”, – deyə o bildirib.
Tramp İranla danışıqların “yaxşı getdiyini” də bildirib, lakin Tehranın “o qədər də etibarlı olmadığını” qeyd edib.