Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zidandan ailəsi ilə bağlı möhtəşəm FOTO

“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan ailəvi istirahətdən foto yayımlayıb.

O, ailəvi şəkli sosial şəbəkədə paylaşıb.

Fotoda 50 yaşlı Zinəddin Zidan həyat yoldaşı, dörd oğlu və ev heyvanları yer alıb. Futbolçu şəklə “Əvvəlcə ailə gəlir” yazıb.

Qeyd edək ki, Zinəddin Zidan gələcək həyat yoldaşı Veronika ilə 17 yaşında tanış olub. Onlar 1994-cü ildə ailə qurub. Onların nikahından dörd oğlu dünyaya gəlib: Enzo, Luka, Teo və Elyas. Onlar da atalarının yolu ilə gedərək futbolla məşğul olublar.