Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenskinin ofisi Krım əhalisinə müraciət etdi: Müharibəyə hazır olun

Ukrayna Prezident Ofisi Krım yarımadasının əhalisinə müraciət edib.

Bu barədə qurum rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

O bildirib ki, Krım sakinləri yarımadanın işğaldan azad olunmasına hazır olmalıdır: “Biz işğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının əhalisinin işğaldan azad olunma zamanı rəsmi orqanların tövsiyələrinə əməl etmələrini xahiş edirik. İndidən sığınacaq, yetərincə su ehtiyatını təmin etmək lazımdır”.