Kalininqrad yaxınlığında NATO-nun kəşfiyyat təyyarəsi üşahidə edilib
22 Noyabr 2026
NATO-ya məxsus kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirib.
Bu barədə TASS aviadispetçer xidmətindəki mənbəyə istinadən xəbər yayıb.
Bildirilib ki, təyyarə Rumıniyada yerləşən hərbi bazadan havaya qalxıb.
Mənbənin sözlərinə görə, əvvəllər NATO-nun bu cür uçuşları bazar günləri nadir hallarda müşahidə olunurdusa, son vaxtlar demək olar ki, hər bazar günü qeydə alınır.
Təyyarənin Kalininqrad vilayətinin hava məkanına daxil olub-olmadığı barədə məlumat verilməyib.