Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Putin və Si Cinpinlə görüşünü Yalta konfransı ilə müqayisə edib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə birgə fotosunu 1945-ci ildə keçirilmiş Yalta konfransının tarixi görüntüsü ilə müqayisə edib.

Amerika lideri “Truth Social” hesabında “Böyük güclər: 1945, 2026” başlığı ilə kollaj paylaşıb.

Kollajın sol tərəfində SSRİ lideri İosif Stalin, ABŞ Prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin 1945-ci ildə Yalta konfransında çəkilmiş fotosu yer alıb.

Sağ tərəfdə isə Vladimir Putin, Si Cinpin və Donald Trampın birgə görüntüsü əks olunub.

Qeyd edək ki, 1945-ci ilin fevralında keçirilən Yalta konfransında müttəfiq dövlətlərin liderləri İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq nizamın formalaşdırılması ilə bağlı məsələləri müzakirə etmişdilər.