Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenskinin həyat yoldaşı: "Ərdoğan dünyanı ərzaq böhranından xilas etdi"

Ərdoğanın diplomatik bacarığı dünyanı ərzaq böhranından xilas etdi.

Anadolu Agentliyi xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya İstanbuldakı Vahidəddin köşkündə Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşündə bildirib.

Zelenskaya bildirib ki, “taxıl dəhlizi” və əsirlərin mübadiləsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi və diplomatik bacarığı sayəsində reallaşıb. Məhz “taxıl dəhlizi” sayəsində dünya böyük ərzaq böhranından xilas olub.

Ukraynanın birinci xanımı prezident Volodimir Zelenskinin təşəkkür məktubunu Əminə Ərdoğana təqdim edib.