Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Xersondan səsləndi: "Biz sülhə hazırıq" - FOTOLAR

Ukrayna Prezidenti Volodimir Zelenski Xersonda səfərdədir.

Ukrayna KİV-i xəbər verir ki, dövlət başçısı döyüşçülər qarşısında çıxış edib.

Zelenski hərbçilər qarşısında çıxışında deyib ki, Ukrayna sülhə hazırdır.

Dövlət başçısı söyləyib ki, Ukrayna ordusu irəliləyir.

Prezident həmçinin NATO-ya və digər tərəfdaşlara Rusiya işğalına qarşı müharibədə göstərdikləri köməyə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, Ukrayna ordusu noyabrın 11-də Xersonu işğaldan azad edib. Bu, Zelenskinin işğaldan sonra həmin əraziyə ilk səfəridir.