Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski xalqa səsləndi: "Sığınacaqları tərk etməyin"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının paytaxt Kiyev və digər vilayətlərə raket zərbəsi endirməsinə münasibət bildirib və xalqı sığınacaqları tərk etməməyə çağırıb.

Dövlət başçısı teleqramda yazıb ki, Rusiya 229-cu gündür Ukrayna xalqını məhv etməyə, yer üzündən silməyə çalışır.

“Ukraynanın hər yerində hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var”, - V.Zelenski vurğulayıb.

O, xalqını sığınacaqları tərk etməməyə çağırıb: “Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin, güclü olaq”.

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov və Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak ölkənin paytaxtı Kiyev şəhərində baş vermiş partlayışlara münasibət bildirib.

Müdafiə naziri tviterdə yazıb ki, bu, Ukrayna xalqının cəsarətinə mane olmayacaq.

“Həmçinin müttəfiqlərimizin qətiyyəti də sarsılmayacaq. Qarşı tərəf ancaq öz ölkəsinin gələcəyini sarsıdır”, - O.Reznikov vurğulayıb.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak isə tviterdə paylaşımında bildirib ki, bu addım Rusiyanın döyüş meydanında mübarizə aparmaq iqtidarında olmadığını göstərir. Nazirin sözlərinə görə, qarşı tərəfin gücü ancaq mülki əhaliyə çatır.

"Rusiya ilə danışıqlar əvəzinə, bizə hava hücumundan müdafiə sistemləri, MLRS, daha uzun mənzilli silahlar lazımdır", - Podoloyak əlavə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.