Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski xalqa müraciət etdi: Ukrayna ya ləyaqətini itirmək riski ilə üzləşə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət edib.

O, hazırda ölkə tarixinin ən çətin anlarından biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ukrayna çox çətin bir seçimlə - ya ləyaqətini, ya da əsas tərəfdaşını itirmək riski ilə üzləşə bilər: “Ya çətin 28 bənd, ya da son dərəcə çətin qış, ən çətin və daha çox risk. Onlar bizdən cavab gözləyirlər, amma mən bunu 2019-cu il mayın 20-də Ukraynanın suverenliyini və müstəqilliyini müdafiə etməyə sadiq olduğumu deyəndə verdim”.

Zelenski 24 fevralda Ukraynaya xəyanət etmədiklərini, bundan sonra xəyanət etməyəcəklərini bildirib.

“Bilirəm ki, xalqım yanımdadır”, - Zelenski qeyd edib.

O, gələn həftə çətin və hadisəli olacağını bəyan edib: “Siz yetkin və məlumatlı bir xalqsınız. Bu müddət ərzində çox təzyiq olacaq. Düşmən yatmır”.

Zelenski Ukraynanın maraqlarının nəzərə alınmalı olduğunu da vurğulayıb: “Biz Amerika və bütün tərəfdaşlarla rahat şəkildə işləyəcəyik. İnandıracağam, alternativlər təklif edəcəyəm, amma şübhəsiz ki, düşmənə Ukraynanın sülh istəmədiyini söyləmək üçün heç bir səbəb verməyəcəyik”.