Zelenski ümumi səfərbərlik elan etdi
25 Fevral 2022
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ümumi səfərbərlik elan edilməsi haqqında fərman imzalayıb.
Pressklub.az Ukrayna KİV-nə istinadən məlumat verir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar və dövlətin müdafiəsini təmin etmək, döyüş və səfərbərlik hazırlığını saxlamaq məqsədilə elan olunan səfərbərlik fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata keçirilir.
Ukrayna Təhlükəsizlik Xidməti ümumi səfərbərliyin həyata keçirilməsi zamanı əks-kəşfiyyat dəstəyi tədbirlərini həyata keçirəcək.