Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Yaxın Şərqin yeddi ölkəsindən diplomatların ailə üzvlərini çıxarır

ABŞ Səudiyyə Ərəbistanından diplomatik nümayəndəliklərin əsas heyətinə daxil olmayan əməkdaşlarının və diplomatların ailə üzvlərinin ölkədən çıxmasını tapşırıb.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ-ın diplomatik nümayəndəliklərində əməkdaşların sayının azaldılması regionun daha altı ölkəsini də əhatə edib.

Hələlik digər ölkələr və görülən tədbirlərin detalları barədə əlavə məlumat verilməyib.