Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Ukraynanı ABŞ-la danışıqlarda kimlərin təmsil edəcəyini açıqlayıb

ABŞ ilə danışıqlarda Ukraynanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyinin nümayəndələri, Milli Təhlükəsizlik Şurasının katibi və kəşfiyyat xidmətinin əməkdaşları təmsil edəcəklər.

Bunu Ukrayna Prezidenti Vlolodimir Zelenski axşam videomüraciətində bəyan edib.

"Tezliklə danışıqlar baş tutacaq, orada bizim nümayəndələr iştirak edəcəklər. Bu, Baş Qərargah rəisi, XİN nümayəndələri, Milli Təhlükəsizlik Şurasının katibi və kəşfiyyat xidmətinin əməkdaşları olacaq", – o vurğulayıb.

Zelenski ABŞ ilə görüşlərin yaxın vaxtlarda baş tutacağını qeyd edib.