Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: "Ukrayna Rusiyanın hücumlarını dayandırıb"

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın yeni müdaxiləsi fonunda Ukraynadakı vəziyyətdən danışıb və Ukrayna ordusunun düşmənin hücumlarını dayandırdığını bildirib.

Ukraynadakı əməliyyat vəziyyəti: əsas məqamlar

- Donbassda Ukrayna Silahlı Qüvvələri mükəmməl işləyir, Xarkov istiqaməti çox çətindir, şəhəri qoruyan qüvvələr etibarlı işləyir;

- Ən problemli vəziyyət cənubdadır. Ukrayna qoşunları Xerson şəhərətrafı qəsəbələrində şiddətli döyüşlər aparır. Düşmən Krımdan Melitopola doğru irəliləməyə çalışır;

- Şimalda düşmən Çerniqov vilayətində yavaş-yavaş irəliləyir, amma saxlanılır. Jitomir bölgəsi – orada etibarlı müdafiə var;

- Qostomeldə Rusiya qoşunları bloklanıb, qoşunlar onları məhv etmək əmri alıb;

- Ukrayna ordusu arasında itkilər var, Rusiya hərbçiləri əsir götürülüb, onların bəziləri ukraynalı həkimlər tərəfindən müalicə olunur;

Rusiyaların çoxlu təyyarəsi və zirehli texnikası məhv edilib.