Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Trass və Baydenlə danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığında söhbətin əsas mövzusu Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü olub.

“RBK-Ukraina” xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yazıb.

"ABŞ Prezidenti Cozef Baydenlə məhsuldar danışıq apardım. Əsas müzakirə mövzusu hava hücumundan müdafiə idi. İndi bu, müdafiə sahəsində əməkdaşlığımızda bir nömrəli prioritetdir", - Ukrayna dövlətinin başçısı yazıb.

Zelenski həmçinin qeyd edib ki, ABŞ-ın G7-nin sərt mövqeyi və BMT Baş Assambleyasında Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaqını pisləyən qətnamənin dəstəklənməsi məsələsində liderliyi Ukrayna üçün çox önəmlidir.

Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Liz Tras ilə də telefon danışığı aparıb və Kiyevə hərbi yardımı müzakirə etdiyini bildirib.

"Baş nazir Liz Trasla telefon danışığım oldu. Biz Ukraynaya beynəlxalq siyasi və müdafiə dəstəyini gücləndirməkdə Böyük Britaniyanın rəhbərliyinə ümid edirik", - Zelenski yazıb.

O əlavə edib ki, rəsmi Kiyev Rusiyanın daha da təcrid olunması məsələsində Britaniyaya bel bağlayır.