Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Sırskini istefaya göndərib, Drapatıy Silahlı Qüvvələrin komandanı təyin olunub

Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Komandanı general-mayor Mixail Drapatıy Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı təyin edilib.

Bunu Ukrayna prezidenti Volodimyr Zelenski axşam çıxışında açıqlayıb.

"Mən qərara gəldim ki, Mixail Drapatıy Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı olacaq. Mixail Drapatıy, Yevqeni Xmara və Pavlo Palisa ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının konfiqurasiyasının necə yenilənməsini müəyyən etdik", - Zelenski bildirib.

Zelenski Sırskiyə Kiyevin müdafiəsi, Xarkov hücumu və Kursk əməliyyatları, eləcə də Ukraynanın müdafiəsinə verdiyi töhfələrə görə təşəkkür edib.

***

23:37

Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırskini vəzifəsindən azad etmək qərarına gəlib.

Bu barədə məlumatlı mənbəyə istinadən "RBK-Ukrayna" məlumat verib.

Mənbənin məlumatına görə, prezident qərarını yaxın gələcəkdə açıqlaya bilər.