Zelenski: Rusiyanın zərbələri nəticəsində həftə ərzində 52 nəfər ölüb, 346 nəfər yaralanıb
17 May 2026
Rusiya Silahlı Qüvvələri həftə ərzində 3 170-dən çox PUA, 1 300-dən çox idarəolunan aviabomba və müxtəlif tipli 74 raket buraxaraq Ukrayna ərazisinə kütləvi hücumlar həyata keçirib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat yayıb.
"Atəşlər nəticəsində həftə ərzində 52 nəfər həlak olub. 346 nəfər isə xəsarət alıb, onlardan 22-si uşaqdır", - o qeyd edib.
Zelenskinin sözlərinə görə, həmçinin yaşayış binalarına və digər mülki infrastruktura çoxsaylı zərbələrin dəydiyi qeydə alınıb. O bildirib ki, Ukraynanın müdafiəsini gücləndirmək lazımdır.
"Buna görə də PURL və antiballistik raketlər üçün əlavə töhfələr vacibdir. Avropada ballistik raketlərə qarşı ümumi müdafiə üzərində işləmək də eyni dərəcədə önəmlidir", - o vurğulayıb.