Zelenski: Rusiya Donbası tam işqal etmək üçün daha 800 min ölü əsgər itirməlidir
05 Fevral 2026
“Donbası ələ keçirmək üçün Rusiyanın ən azı iki il və 800.000 ölü əsgərə ehtiyacı var, amma onlar bu qədər dözməyəcəklər”.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski “France 2”yə müsahibəsi zamanı deyib.
Zelenski müharibədə Ukraynanın itkilərinin 55.000 nəfər olduğunu açıqlayıb. O bildirib ki, Ukraynanın itkin düşmüş hesab etdiyi çox sayda insan var.
Zelenski əlavə edib ki, Putin Avropadan yox, yalnız Trampdan qorxur ki, bu da Ukraynaya tammiqyaslı müharibə zamanı müsbət təsir edir.