Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Qərbi ittiham etdi: "Kömək tələblərimizə cavab verilmədi"

“Biz indi Qərblə Rusiya arasında qalmışıq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.

“Biz bir aydır ki, qəhrəmancasına müqavimət göstəririk. Qlobal təhlükəsizliyin və dinc ölkənin asayişinin məhv edilməsinə görə bir aydır cəzasızlıq hökm sürür. Bütün bunlar isə dünyanın gözü qarşısında baş verir. NATO bunları başa düşməlidir”, - o bildirib.

Zelenski Ukraynanın hədsiz dəstəyə ehtiyacı olduğunu da deyib: “Amma NATO bizə təyyarələrinin, tanklarının 1 faizini belə verməyib”.

“Müharibə aparan bir ölkə üçün bu, ən pis haldır. Təəssüf ki, kömək tələblərimizə cavab verilmədi”, - dövlət başçısı vurğulayıb.