Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Madridə gedir - NATO sammitinə

Ukrayna Prezidenti Volodimir Zelenski NATO dövlət və hökumət başçılarının iyunun 28-30-da İspaniyanın paytaxtında keçiriləcək görüşünə dəvət olunacaq. Dövlət başçısı sammitdə iştirak edəcək.

Bu barədə cümə axşamı EFE agentliyi məlumat yayıb.

İspaniya hökumətinin NATO və digər qurumlarla koordinasiya ilə sammitə hazırlığı yekunlaşdırdığı bildirilir. Agentliyin məlumatına görə, görüşün yekun proqramı hələlik alyans tərəfindən təsdiqlənməyib. Bundan sonra Ukrayna Prezidentinə görüşdə iştirak etmək üçün dəvət göndəriləcək.

NATO baş katibinin müavini Mirça Coane isə bildirib ki, Zelenski iştirak edəcək.

Sammitdə ümumilikdə 5 minə yaxın iştirakçının - nümayəndə heyətlərinin və müxtəlif təşkilatların üzvləri, jurnalistlərin olacağı gözlənilir. İclasa 40-dan çox beynəlxalq lider gəlməlidir: NATO ölkələrinin 30 dövlət və hökumət başçısı ilə yanaşı, Avstraliya, Avstriya, İrlandiya, Kipr, Malta, Yeni Zelandiya, Finlandiya, İsveç, Cənubi Koreya və Yaponiyanın da iştirakı gözlənilir.

Sammitdə Avropa qurumlarının rəhbərləri də iştirak edəcək.