Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski G20 sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak edəcək.

Bu barədə Prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

“Volodimir Zelenski G20 sammitində iştirak edəcək, hansısa formatda. Daha ətraflı deyə bilmərəm”, - deyə Nikiforov qeyd edib.

O bildirib ki, prezident mütləq iştirak edəcək və böyük ehtimalla bu, onlayn formatda olacaq.