Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Donbass və Zaporojye AES üzrə kompromislərin mümkünlüyünü rədd edib

Ukrayna kompromislərə hazırdır, ancaq ərazi məsələrində, Zaporojye AES və Donbasla bağlı yox.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, ABŞ tərəfi bunu başa düşür və sərbəst iqtisadi zona üzrə kompromisli bir həllin mövcud olduğunu bildirir.

"Ən az problemli həll, mənim fikrimcə, "harada dayanmışıqsa, orada qalmaq" olacaq", - Zelenski vurğulayıb.

Eyni zamanda, onun sözlərinə görə, Putin "planlarının uğursuzluğundan" sonra Ukraynanın Donbasdan çıxmasında israr edir ki, bunu öz "auditoriyasına" qələbə kimi təqdim edə bilsin.

Zelenski bir daha vurğulayıb ki, Ukrayna ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran kompromislərə hazır deyil.

"Ukraynaya qarşı sərt tələblər – bu, heç də kompromis deyil. Bu, Ukraynanın ərazi bütövlüyünün dəyişdirilməsidir", - prezident bəyan edib.