Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski də NATO sammiti üçün Ankaraya gedəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə paytaxtı Ankarada keçiriləcək NATO sammitində şəxsən iştirak edəcəyini təsdiqləyib.

“İnterfaks-Ukrayna” xəbər verir ki, bu barədə o, iyunun 3-ü keçirilən mətbuat konfransında bildirib.

Jurnalistlərin onun tədbirdə iştirakı ilə bağlı sualına Zelenski belə cavab verib: "Bəli".

Xatırladaq ki, Ankarada NATO sammiti iyulun 7-8-də keçiriləcək.