Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Çexiyanın kiçik yastıq fabrikinə 50 min manatdan çox pul qazandırdı - FOTO

Çexiyada Ukrayna Prezidenti Vladimir Zelenskinin şəkili əks olunan yastıqların son partiyası satılıb.

Yerli mətbuatın yazdığına görə, xeyriyyə aksiyasında 664.000 kron (təxminən 51 min manat) gəlir əldə edilib.

Bütün pullar müharibədən zərər çəkmiş ukraynalılara yardım göstərən “Man in Need” (Člověk v tísni) təşkilatının hesabına köçürüləcək.

Aksiyanı çex rəssamı və satirik ictimai fəali Tomaş Brzinek təşkil edib. Yastığın 1 ədədi 570 krona (təxminən 44 manat) satılıb. Ümumilikdə 1160 ədəd yastıq satılıb.

Yastıqlar Ceska Skalice şəhərində yerləşən kiçik bir özəl fabrikdə istehsal edilib.

Fotoqraf Milan Yaroş fabrikdə istehsal prosesini lentə alıb:

вал там и показал процесс производства: