Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski, Blinken və Quterreşdən Türkiyəyə təşəkkür

Ukrayna Prezidenti Volodimir Zelenski və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Ukrayna lideri tviterdə yazıb.

“Türkiyə Prezidenti Ərdoğana taxıl sazişinin qorunub saxlanmasında fəal iştirakına, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə təşəkkür etdim. Biz Ukrayna əsirlərinin və siyasi məhbusların qaytarılması ilə bağlı gələcək addımları müzakirə etdik. Həmçinin Türkiyənin dəstəyinə ümid edirəm”, - dövlət başçısı qeyd edib.

BMT Baş katibi Antoniu Quterreş Türkiyəyə təşəkkür edib.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat konfransında bildirib.

Sözçü BMT Baş katibi Antoniu Quterreşin Türkiyənin diplomatik cəhdlərindən sonra Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü sazişinə qayıtmasını yüksək qiymətləndirdiyini deyib: “Taxıl dəhlizi yenidən açıldı. A.Quterreş Türkiyəyə diplomatik səylərinə görə təşəkkür edir və bildirir ki, o, müqavilənin yenilənməsi və Rusiyanın ərzaq və gübrə ixracı qarşısındakı maneələrin aradan qaldırılması üçün bütün tərəflərlə danışıqlara davam edir”.

ABŞ dövlət katibi Entoni Blinken də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı Türkiyəyə təşəkkür edib.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, dövlət katibi Antoni Blinken bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıb: "Katib Blinken Rusiyanın razılaşmaya qayıtmasını təşviq etmək və Moskvaya BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara və qlobal ərzaq təhlükəsizliyini dəstəkləmək üzrə öhdəliklərinə davamlı sadiqliyin vacibliyini xatırlatmaqla ölkəsinin Qara Dəniz Taxıl Təşəbbüsünün bərpasını təmin etmək səylərinə görə xarici işlər nazirinə təşəkkür edib”.