Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: "Azərbaycan Prezidenti hər zaman Ukraynanı dəstəkləyib"- VİDEO

Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan və Türkiyənin Rusiya ilə danışıqlar prosesindəki vasitəçilik missiyasına aydınlıq gətirib.

O bildirib ki, hər iki ölkənin prezidenti ilə vasitəçilik missiyası barədə müzakirə aparıb.

"Bizim Azərbaycan və Türkiyə ilə çox yaxşı münasibətimiz var.Hazırda Türkiyədə diplomatlarımız danışıqlar aparır.  Türkiyə vasitəçilik missiyasında lider ölkə olmaqla yanaşı, Ukraynanın təhlükəsizlik məsələsində  də qarant rolunda çıxış etməyə hazır olduğunu bəyan edib"- Zelenski qeyd edib.

Azərbaycanın müxtəlif  vasitələrlə Ukraynanı dəstəklədiyini deyən Zelenski bildirib ki, Prezident Əliyev hər zaman Ukraynanı dəstəkləyib:"Humanitar və tibbi yardım dəstəyi göstərib. Bilirəm ki, bu gün Azərbaycanın silah cəhətdən Ukraynanı dəstəkləməsi mürəkkəb məsələdir.  Bunu başa düşmək olar. Çünki onların Qarabağ kimi problemi var. Bu tarixi və çox mürəkkəb məsələdir. Ona görə də onları başa düşmək olar".