Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də amerikalı həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.

Bu barədə V.Zelenski sosial şəbəkələrdə bildirib.

"Ümumilikdə bir saat yarımdan çox, Prezident Trampla təxminən bir saat danışdıq. Biz Prezident Trampın Ukrayna – ABŞ - Rusiya üçtərəfli görüşünün keçirilməsi təklifini dəstəkləyirik. Müharibənin başa çatması ilə bağlı bütün təfərrüatları bazar ertəsi Vaşinqtonda Prezident Trampla müzakirə etmək niyyətindəyəm. Dəvətə görə minnətdaram", - o qeyd edib.