Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Yaxın vaxtlarda yeni Konstitusiyanın mətni dərc olunacaq” - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda ölkənin yeni Konstitusiyalarının mətninin dərc ediləcəyini və vətəndaşların, həmçinin parlamentin iştirakı ilə ictimai müzakirələrin başlayacağını bildirib.

Bu barədə “Armenpress” məlumat yayıb.

Paşinyan bu barədə Milli Məclisdə hökumətlə sual-cavab sessiyası zamanı deputat Qarnik Davtyanın sualını cavablandırarkən danışıb.

Baş nazir xatırladıb ki, yeni Konstitusiyanın qəbulu məsələsi onların seçkiqabağı proqramına daxil edilib və hazırda da hökumət proqramının tərkib hissəsidir:

“Yaxın vaxtlarda yeni Konstitusiyanın mətni dərc olunacaq və biz Ermənistan Respublikasının xalqı, o cümlədən parlamentlə müzakirələrə başlayacağıq. Əlbəttə, önümüzdəki bir neçə ay ərzində əvvəlcə ictimai müzakirələr aparılacaq, daha sonra isə müvafiq prosedurlar üzrə digər proseslər həyata keçiriləcək”.

Paşinyanın qiymətləndirməsinə görə, Konstitusiya mövzusunda verilən bəzi bəyanatlar daxili siyasi vəziyyətə təsir göstərə bilər.