Parlamentdə Paşinyanın arvadına sərt sözlər: "Onun təklifləri faciə ilə bitir"
29 Oktyabr 2026
Ermənistan parlamentində ailə və məişət zorakılığının qarşısının alınması, habelə zərərçəkmişlərin müdafiəsi haqqında qanuna təklif olunan dəyişikliklərin müzakirəsi prosesində müxalif millət vəkili Edqar Kazaryan layihə müəllifini, Ermənistanın baş nazirinin həyat yoldaşını kəskin şəkildə tənqid edib.
Ermənistan mediası xəbər verir ki, deputat öz çıxışı zamanı Anna Akopyanın əvvəllər irəli sürdüyü layihələri, xüsusən də "Sülh naminə qadınlar" hərəkatını gündəmə gətirib.
Bununla yanaşı, o, qadınlardan ibarət silahlı qruplaşmanın formalaşdırılmasını xatırladaraq qeyd olunan bütün cəhdlərin faciəli şəkildə yekunlaşdığını vurğulayıb.
Edqar Kazaryan Anna Akopyanın "bu təşəbbüsündən də ehtiyat etməyə çağırıb.