Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski ABŞ-nin sülh planlnl alıb: Leyihə üzərində birgə iş aparılacaq

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasına dair saziş layihəsini alıb.

Bunu Ukrayna liderinin Ofisi "Telegram" kanalında bəyan edib.

"Ukrayna Prezidenti rəsmi olaraq ABŞ tərəfindən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsini alıb", – deyə məlumatda qeyd olunur.

Zelenskinin ofisi vurğulayıb ki, Ukrayna tərəfi ABŞ tərəfdaşları, eləcə də Avropa və digər beynəlxalq iştirakçılarla konstruktiv işləməyə hazır olduğunu təsdiqləyib.

"Ukrayna Prezidenti yaxın günlərdə ABŞ prezidenti Donald Tramp ilə diplomatik imkanları və sülhün əldə olunması üçün əsas şərtləri müzakirə etməyi planlaşdırır", – bəyanatda qeyd olunub.

Elə bu gün Zelenski ABŞ-nin ordu naziri Daniel Driskol ilə real sülhə nail olma variantlarını, işin mərhələlərini və münaqişənin nizamlanması üzrə dialoq formatlarını, həmçinin diplomatiya üçün yeni nüansları müzakirə edib.

"Ukrayna və ABŞ müharibənin (Rusiya-Ukrayna – red.) başa çatdırılması planının bəndləri üzərində işləyəcəklər. Biz konstruktiv, dürüst və operativ işə hazırıq", – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski Driskolla Rusiya Silahlı Qüvvələrinin Ternopola endirdiyi genişmiqyaslı zərbə barədə məlumat verib. Bu hücum 27 nəfərin həyatına son qoyub:

"Ötən gün Rusiya ordusunun çoxmərtəbəli binaya zərbə endirmək üçün istifadə etdiyi "X-101" raketi 2025-ci ildə istehsal olunub. Onun tərkibində 175 xarici komponent var ki, hələ də sanksiyaları aşaraq Rusiyaya daxil olur. ABŞ-nin bütün bu sxemlərin məhdudlaşdırılmasında köməyinə ümid edirik. Nazir Driskola şirkətlər – kritik komponentlərin istehsalçıları, mənşə ölkələri və həmin detallar barədə konkret materiallar təqdim etdim".

O qeyd edib ki, Ukraynaya sülh lazımdır və ölkə ABŞ Prezidenti Donald Trampın, eləcə də onun komandasının Avropada təhlükəsizliyin bərpası istiqamətindəki səylərini yüksək qiymətləndirir.