Zelenski ABŞ-da olduğunu təsdiqləyib - Görüşdə nələr müzakirə olunacaq?
21 Dekabr 2022
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfərdə olduğunu təsdiqləyib.
Bunu dövlət başçısı tviterdə yazıb.
O bildirib ki, Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün Vaşinqtonda səfərdədir.
“ABŞ rəhbərliyi ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, - V.Zelenski vurğulayıb.
Qeyd edək ki, V.Zelenskinin ABŞ-a səfər edəcəyi barədə məlumat ötən gecə yayılıb. O, bu gün ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.
Məlumata görə, görüşdə Ukrayna və ABŞ liderləri cəbhədəki strateji vəziyyət, Qərb dövlətlərindən Kiyevə yardım, eləcə də Rusiyaya qarşı sanksiyalar barədə məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bununla yanaşı, Prezidentlər ukraynalı hərbçilərə təlimlərin keçirilməsini də müzakirə edəcəklər.