Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zaporojyeyə raket hücumu Gəncəyə edilən hücuma bənzədilib

“Gecə saatlarında rus işğalçıları Zaporojyenin dinc sakinlərinə növbəti dəfə raket zərbəsi endiriblər. Hündürmərtəbəli bina dağıdılıb”.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi feysbukda yazıb.

Onun sözlərinə görə, iki il əvvəl Azərbaycanın Gəncə şəhərinin dinc sakinləri də analoji faciəni yaşamışdılar:

“O zaman 2020-ci ilin oktyabrın 4-dən 11-dək olan müddətdə düşmənin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 3-ü uşaq olmaqla 32 Gəncə sakini həlak olmuşdur. Düşmənin hədə-qorxu gəlməsi o zaman işə yaramadı, indi də belə olacaq!”.