Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zalujni: "Rusiyanın 240 min hava hədəfinin 80 faizini məhv etmişik"

“Ukrayna Hərbi Hava Qüvvələrinin radiotexnika qoşunları 9 aylıq müharibə dövründə Rusiyanın 240 mindən artıq hava hədəfini aşkarlayaraq müşahidə edib”.

“Ukraina online” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Zalujnı noyabrın 30-da Hərbi Hava Qüvvələrinin hərbçilərini və radiotexnika qoşunlarını peşə bayramları münasibətilə təbrik çıxışında bildirib.

Onun sözlərinə görə, Ukrayna müdafiəçiləri Rusiyanın hava hədəflərinin 80 faizini məhv edib.