Yunis Səfərov aclığa başladığını iddia edir
26 Yanvar 2022
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov üç gündür ki, həbsdə aclıq etdiyini deyir. Bu barədə o, yanvarın 26-da Bakı Apellyasiya Məhkəməsində məlumat verib.
Səfərov və onunla birlikdə mühakimə olunan 11 nəfərin işinə hazırda bu instansiyada baxılır.
Məhkəmədə Səfərov bildirib ki, icra başçısına qarşı baş verənlər təkbaşına onun öz təşəbbüsü olub. Lakin hüquq-mühafizə orqanları daha çox adamı həbs etmək məqsədilə günahsız adamları prosesə cəlb edib, adını da "mütəşəkkil cinayətkar dəstə" qoyublar. Onun sözlərinə görə, məhz buna etiraz olaraq, yanvarın 23-dən aclıq aksiyasına başlayıb.
Səfərovun sözlərinə görə, yanvarın 26-da məhkəmə iclasında çıxış etmək üçün əvvəlcədən hazırlaşıb. Lakin hazırladığı çıxışın mətnini təcridxanadan gələndə əlindən alıblar.
Hakim söz verib ki, növbəti məhkəmə iclasında ona çıxış etmək üçün şərait yaradılacaq.
Səfərovun vəkili Bəxtiyar Hacıyev vurğulayıb ki, müvəkkilinə verilən terrorçuluq, dövlət çevrilişinə cəhd və buna bənzər onlarla ittihamlar əsassızdır. Vəkilin sözlərinə görə, Səfərovun əməli qəsdən adam öldürməyə cəhdə tövsif olunmalı və bu əmələ görə də cəzalandırılmalıdır: "Bu adam özü də etiraf edir ki, Elmar Vəliyev əhaliyə qarşı ədalətsiz davrandığına görə onu öldürmək istəyib. Heç bir terrorçuluqdan, dini dövlət qurmaqdan, dövlət çevrilişindən söhbət gedə bilməz".
Digər təqsirləndirilən şəxslər və onların vəkilləri də birinci instansiya məhkəməsində bu cinayət işinin obyektiv araşdırılmamasından, çıxarılan hökmün əsassız olmasından şikayətləniblər.
Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə məhkəmə araşdırmaları fevralın 8-də davam edəcək.
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) sui-qəsd olub. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd ittihamda terror aktı kimi dəyərləndirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib.
Səfərov bildirib ki, icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək qərarına gəlib və bu məsələ təkbaşına onun planı olub. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını, icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadığını bildiriblər. Onlar hökmdən apellyasiya şikayəti veriblər. Həmin şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. (Azadlıq Radiosu)