Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yunanıstan hərbçiləri göyərtəsində azərbaycanlılar olan gəmiyə atəş açıb - VİDEO - YENİLƏNİB



Yunanıstan hərbçilərinin Bozcaada yaxınlığında atəşə tutduqları türk gəmisi sahilə yan alıb.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Türkiyənin Sahil Mühafizə Xidmətinin iki katerinin müşayiət etdiyi “Anatolian” adlı rolker tipli gəmi 18 heyət üzvü ilə İstanbul boğazında Karanlıq limanına lövbər salıb.

Qeyd edək ki, dünən Bozcaadanın 11 mil cənubunda “Anatolian” adlı rolker tipli gəmiyə Yunanıstan tərəfindən atəş açılıb. Türkiyənin Sahil Mühafizə Xidmətinin katerləri hadisə yerinə gələnədək Yunanıstan heyəti tələsik ərazini tərk edib. Gəminin göyərtəsindəki 18 nəfərlik heyətin beşi Azərbaycan, üçü Türkiyə vətəndaşı olub. Gəmi heyətindən heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Yunanıstan hərbçiləri Bozcaada yaxınlığında türk gəmisinə atəş açıb.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Sahil Mühafizə Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Bozcaadanın 11 mil cənubunda “Anatolian” adlı rolker tipli gəmiyə Yunanıstan tərəfindən atəş açılıb. Türkiyənin Sahil Mühafizə Xidməti hadisə yerinə gələnədək Yunanıstan heyəti tələsik ərazini tərk edib. Gəminin göyərtəsindəki 18 nəfərlik heyətin beşi Azərbaycan, üçü Türkiyə vətəndaşı olub. Gəmi heyətindən heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.