Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yol qırağında satılan çörək: Onları kim alır? -VİDEO

Paytaxtın ətraf qəsəbələrində quru çörəklər satılır.

Heyvanlar üçün yem satılan mağazalarda köhnəlmiş çörəklə dolu kisələrə rast gəlmək mümkündür. Satıcılar deyirlər ki, bu çörəklər zavod və sexlərdə artıq qalan, satılmayan məhsullardır. Çörəklər istehsal müəssisələrində bir gündən artıq qaldıqda məhz bu mağazalar onları dəyərindən aşağı qiymətə alır. Daha sonra isə qəsəbədə fermer fəaliyyəti ilə məşğul olanlara satılır. Satıcıların sözlərinə görə, quru çörək də əvvəlki aylara nisbətən bahadır.

Satıcılar bildirirlər ki, heyvan yemlərinin qiyməti xeyli artdığı üçün fermerlər quru çörək almağa üstünlük verirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyarinin sözlərinə görə, geosiyasi vəziyyətlə əlaqədar olaraq taxıl məhsullarının idxalı çətinləşib. Bu da fermerləri heyvanlarını quru çörəklə yemləməyə məcbur edir.

Emin Dostiyari bildirir ki, heyvanların qida tələbatını uzun müddət sadəcə quru çörəklə təmin etmək arzuolunan deyil. Həm yem, həm də quru çörək balanslı şəkildə, paralel verilməlidir.