Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yeni Kral - III Karl kimdir?

Böyük Britaniyada taxta çıxan Çarlz Filip Artur Corcun ömür yoluna nəzər salaq.

Dövlət başçısı – kral taxtında III Karl adı ilə oturacaq Çarlz 1948-ci il noyabrın 14-ü Londonda doğulub. Kembric Universitetində incəsənət üzrə ali təhsil alıb. Kral Hava Qüvvələri və Kral Donanmasında xidmət edib.

1981-ci ildə Diana Spenserlə ailə qurub. Bu nikaha 1996-cı ildə son verilib, şahzadə Diana 1997-ci ildə avtomobil qəzasında həlak olub.

Çarlzın Dianadan iki oğlu var: şahzadə Uilyam və şahzadə Harri.

2005-ci ildə Çarlz Kamilla Parker Boulzla evlənib.

1952-ci ildən Böyük Britaniyaya Çarlzın anası II Yelizaveta kraliçalıq edib.

II Yelizaveta 2022-ci il sentyabrın 8-də dünyasını dəyişib.

Kral İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı birləşdirən Böyük Britaniya ilə yanaşı vaxtilə Britaniya imperiyasına daxil olmuş bir çox ölkənin də, o cümlədən Avstraliya, Yeni Zelandiya, Kanadanın dövlət başçısı sayılır.

69 milyon nəfərə yaxın əhalisi olan Böyük Britaniyada hökumət parlamentin alt qanadı olan İcmalar Palatasına seçkinin nəticələri əsasında qurulur. Hazırda Mühafizəkarlar Partiyasının lideri Liz Trass baş nazirdir.