Yeni Konstitusiya layihəsi üzərində işə başlanılıb?
23 Dekabr 2022
Azərbaycanda gələn il keçirilməsi gözlənilən refendumla bağlı Konstitusiyaya əlavə və dəyişikliklər layihəsi üzərində iş başlayıb.
Bu barədə hökumətdəki mənbələrə istinadən bildirir.
Xəbərə görə, Prezident Administrasiyasının müvafiq şöbələri ilə yanaşı Konstitusiya Komissiyası prosesə start verib.
Konstitusiyaya təklif ediləcək dəyişikliklərdə vitse-prezidentlər üçün səlahiyyət bölgüsü, Milli Məclis üzvlərinin sayının artırılması və regional idarəetmə üçün yeni strukturlar barədə müddəalar əks olunacaq.
Bundan başqa Konstitusiyada Naxçıvan Muxtar Respublikasının mövcud statusu ilə bağlı da dəyişikliyin olacağı deyilir.
Konstitusiya dəyişikliyində proporsional seçki sisteminin yenidən tətbiqinin əks olunub-olunmayacağına gəlincə, mənbəmiz bildirib ki, bu barədə yekun qərarı ölkə başçısı verəcək. (Gununsesi.info )