Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda Rusiya vətəndaşı meşədə asılmış vəziyyətdə tapıldı

Ermənistanın Kotayk vilayətində Rusiya vətəndaşının ölümü ilə bağlı araşdırma aparılır.

 Ermənistan KİV-i xəbər verir ki, gəncin meyiti Arzakan-Aqveran dağlıq yaşayış məntəqəsinin yaxınlığındakı meşəlik ərazidə ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Qeyd olunur ki, əraziyə baxış keçirən baş meşəbəyi meyiti görərək polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin 22 yaşlı Rusiya vətəndaşı olduğunu müəyyən ediblər. Onun hansı şəraitdə ağacda asılı vəziyyətə düşdüyü hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb.