Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb
16 İyul 2025
Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılıb.
Bu barədə "E1.ru" məlumat yayıb.
Mutvalı Şıxlinski RF Cinayət Prosessual Məcəlləsinin 48 saat həbsi nəzərdə tutan 91-ci maddəsinə əsasən saxlanılıb. Məlumata görə, Mutvalı Şıxlinskinin evində axtarış aparılmalıdır, o, məhkəmə başlamazdan iki gün əvvəl saxlanılıb.
Bundan əlavə, Moskvada Şahin Şıxlinskiyə qarşı iş açılıb, mənbənin E1.ru-ya verdiyi məlumata görə, cinayət işinin hansı maddə ilə başlandığı göstərilmir.
İddialara görə, Mutvalı iyulun 1-də atası saxlanlarkən "Gelandewagen" markalı avtomobillə hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirib.
Hazırda o, İstintaq Komitəsində dindirilir.