Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yekaterinburq məhkəməsində 6 azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilib

Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan azərbaycanlıların həbsi ilə bağlı vəsatətə baxılıb.

Pressklub.az xəbər verir ki, məhkəmə Şahid Lalayev, Əhliman Gənciyev, Bakir Səfərov, Məzahir, Akif və Ayaz Səfərovlar barəsində qərar çıxarıb.  

Belə ki,  Lalayev, Gənciyev və Səfərov barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçib. Məzahir, Akif və Ayaz Səfərovlar barəsində isə 22 sutkalıq həbs qətimkan tədbiri seçilib.

Bakir Səfərov 2 gün öncə xüsusi təyinatlıların hücumu zamanı qəddarcasına öldürülmüş Ziyəddin və Hüseyn Səfərovların qardaşıdır.