Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yayda rusiyalı turist əlindən tərpənə bilməyəcəyik - Azərbaycan 12 ölkə siyahısında - FOTO

Azərbaycan rusiyalı turistlərin bu il istirahət edə biləcəyi 12 ölkədən biridir.

Bu barədə Rusiya turoperatorlarının məlumatında qeyd olunur.

Bildirilir ki, “Fun&Sun” turoperatoru Azərbaycandan başqa Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Tailand, Qətər, Misir, Maldiv adaları, Seyşel adaları, Şri-Lanka, İndoneziya (Bali), Serbiya və Ermənistana birbaşa reyslərlə və ya üçüncü ölkələrdən keçməklə turlar təklif edirlər.

Turoperatorlar xaricə səyahət edən turistlərə maksimum xidmət çeşidini və hər şey daxil paketləri seçməyi tövsiyə edir. Buna səbəb kimi səfər edilən ölkədə xidmətlərə görə kartlarla ödəniş etməyin və nağd pul çıxarmağın çətin, hətta qeyri-mümkün ola bilmə ehtimalı göstərilir.