Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaxın günlərdə Türkiyə və Ermənistan arasında aviauçuşlar başlayacaq

Yaxın vaxtlarda Türkiyə və Ermənistan arasında aviauçuşlar başlayacaq.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu NTV-yə müsahibəsində deyib.

O qeyd edib ki, bununla bağlı çalışmalar davam edir, qısa müddət ərzində aviauçuşlar başlayacaq: ““Pegasus” hazırlıqlar görür, uçuşlar başlayacaq. Qarşıdakı günlərdə qarşılıqlı uçuşlar baş tutacaq".(APA)