Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yava yenə çalxalandı: Onlarla ölü, yüzlərlə itkin düşən və yaralı var

İndoneziyanın Yava adasında 5,6 bal gücündə zəlzələ baş verib.

"Kompas" qəzeti yazır ki, zəlzələ nəticəsində 56 nəfər ölüb. Bundan başqa, 100-dən çox insanın itkin düşdüyü bildirilir.

Son məlumatlara görə, xəsarət alanların sayı 700 nəfəri ötüb, onların əksəriyyətinin vəziyyəti ağırdır.

Episentri Çianjur şəhəri olan zəlzələ İndoneziyanın paytaxtı Cakartada da hiss olunub.

Qeyd edək ki, İndoneziya dünyanın ən seysmoaktiv bölgələrindən biri sayılır.