Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Yarımgilə" qaytarıldı - Erməni oğurluğu baş tutmadı

Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Yarımgilə” adlı mahnısının erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının sözləri erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən dəyişdirilərək “Xrovel e im yare” adı ilə ifa edilmiş və “Youtube” platformasında yerləşdirilib.

Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 2 avqust tarixində geniş məlumat yayılıb və bu halın aradan qaldılıması ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Bəstəkarın rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini həyata keçirən “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Cavanşir Quliyevin müəllif hüquqlarının pozulmasına səbəb olan erməni ifaçı Minas Ovanesyanın (Mino) ifa etdiyi “Xrovel e im yare” adlı mahnı “Youtube” platformasında yerləşdirilmiş 5 (beş) səhifədən silinib.

Bununla da “Yarımgilə” adlı mahnının musiqisinin Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə, sözlərinin bayatılardan ibarət olması və erməni ifaçı Minas Ovanesyanın (Mino) tərəfindən C.Quliyevin müəllif hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və bəstəkarın pozulmuş hüquqları bərpa edilib.