Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaponiyada “Fukusima-1” AES-də ciddi zədə aşkarlanıb

Yaponiyanın şimal-şərqindəki “Fukusima-1” təcili nüvə elektrik stansiyasının operatoru TEPCO radioaktiv su üçün ALPS maye təmizləmə sistemindəki demək olar ki, bütün filtrlərin zədələndiyini açıqlayıb.

Bu barədə “NHK” telekanalı məlumat yayıb.

Mütəxəssislər, keçən ayın sonunda sistemdən radioaktiv suyun sızmasının qarşısını almalı olan filtrlərdən birinin zədələnməsini aşkar etdikdən sonra sistemdə geniş miqyaslı yoxlanış aparılmışdı. Avadanlıqlara baxış keçirilərkən məlum olub ki, 25 filtrdən 24 -ü zədələnib.

Telekanal qeyd edir ki, TEPCO hələ də ALPS sistemindən radioaktiv su sızması halları qeydə almayıb.

Bənzər problem iki il əvvəl stansiyada yaranmışdı. Lakin TEPCO zərərin səbəbini müəyyən edə bilməmişdi. Filtrlər dəyişdirildikdən sonra sistem işləməyə davam edib.(Report)