Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaponiyada 19 min ev işıqsız qalıb, sakinlər evakuasiya edilir

Yaponiyanın şimalında 19 min evin elektrik enerjisi kəsilib, hakimiyyət evakuasiya mərkəzlərinin işini təşkil edib.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Hokkaido Electric Power Co şirkətinin məlumatına görə, elektrik təchizatı ilə bağlı problemlər Hokkaydo prefekturasında, Mombetsu (13,5 min ev), Oumu (3 min ev) və Okoppe (2,6 min ev) şəhərlərində qeyd olunur.

Hazırda işıqların hansı səbəbdən kəsildiyi məlum deyil, səlahiyyətlilər sakinlər üçün müvəqqəti yerləşdirmə mərkəzləri açıb. Artıq orada on minlərlə insan var.

Hokkaydo adasında güclü qar yağması müşahidə olunur, buna görə mobil rabitə və sürətli qatarların fəaliyyətində problemlər yaranıb.