YAP parlamentdə yenə mütləq çoxluğa malik olacaq
01 Sentyabr 2024
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyası (YAP) ekzit-poll nəticələrinə əsasən Milli Məclisdə yebidən mütləq çoxluğa malik olacaq.
Amerikanın Oracla Advisory Group şirkəti, yerli Sosioloji Tədqiqatlar Mərkəzi və İtaliyanın SWG SPA şirkəti tərəfindən aparılan sorğuların nəticələri sentyabrın 1-i axşam saatlarında elan edilib.
Səsvermənin nəticələrinə, görə YAP 67 mandat qazanır.
Daha 45 yerə isə hökumətyönlü mövqeyi ilə tanınan “müstəqillər” yiyələnəcək.
Vətəndaş Həmrəyliyi Partiyasının üç (Fəzail İbrahimli, Rafael Hüseynov və Tənzilya Rüstəmxanlı), Ədalət, Hüquq və Demokratiya Partiyası (Qüdrət Həsənquliyev və Elçin Mirzəbəyli) iki deputatla təmsil olunacaqlar.
Daha 8 partiya - Respublikaçı Alternativ Partiyası (Erkin Qədirli), Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə), Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Ana Vətən Partiyası (Günay Ağamalı), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Böyük Azərbaycan Partiyası (Elşad Musayev), Milli Cəbhə Partiyası (Razi Nurullayev) Azərbaycan Demokratik Maarifçilik Partiyası ( Elşən Musayev) hərəyə bir deputat mandatına malik olacaq. (Turan)