Logo
news content
User
Kateqoriyalar

Xəbər

XXI əsrdə... - ABŞ-ın beş ştatında köləliyin ləğvi ilə bağlı referendum keçirilir

Alabama, Vermont, Luiziana, Oreqon və Tennessi ştatlarının konstitusiyalarına köləliyi qadağan edən müddəanın daxil edilməsi üçün çərşənbə axşamı referendum keçirilir.

Müvafiq məlumatlar sadalanan ştatların seçki komissiyaları tərəfindən təqdim edilib.

Birləşmiş Ştatlarda quldarlıq 1865-ci ildə ABŞ Konstitusiyasına edilən düzəlişlə faktiki olaraq ləğv edilib. Ayrı-ayrı ştatların konstitusiyalarına oxşar düzəlişlərin edilməsi isə onilliklər boyu davam edib.

Alabama, Vermont, Luiziana, Oreqon və Tennessi ştatları seçicilərinin zaman keçdikcə artıq faktiki olarq aradan qalxan köləliyə qadağa qoyulmasını dəstəkləyəcəkləri gözlənilir.