Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xorvatiyanın paytaxtına naməlum obyekt düşüb, partlayış olub

Xorvatiyanın paytaxtı Zaqrebə havadan naməlum obyekt düşərək partlayıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə yerli polisdən bildirilib.

Mütəxəssislər ərazidə çuxur və iki paraşüt aşkarlayıblar.

Polis ərazini mühasirəyə alıb.

Faktla bağlı araşdırma aparılır.