Xodorkovski "terrorçu və ekstremistlər" siyahısına salınıb
20 Noyabr 2025
Rusiyanın "YUKOS" neft şirkətinin prezidenti, hazırda Avropada mühacirətdə olan Mixail Xodorkovski “terrorçu və ekstremistlər” siyahısına salınıb.
Bu barədə məlumat Rosfinmonitorinqin saytında yerləşdirilib.
Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov da həmin siyahıya salınıb.
Onların hər ikisi Rusiya Federasiyasında “xarici agent” kimi tanınıb.